Avstriya hökuməti iyunun 15-dən etibarən Almaniya, Lixtenşteyn və İsveçrə ilə sərhədləri açacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin kansleri Sebastyan Kurtsa deyib.

O bildirib ki, hazırda digər həmsərhəd ölkələrlə danışıqlar davam edir.

Qeyd edək ki, Avstriya koronavirus pandemiyası ilə əlaqədar sərhədlərdə sanitar nəzarət tətbiq etmişdi.

Vyana iyunun 14-dək bir sıra ölkələrlə aviaəlaqəni dayandırıb. Avstriyaya gələn şəxslər 14 gün müddətində özünütəcrid rejiminə əməl etməlidir.