Ermənistanda Vazgen Sarqsyan adına Hərbi Universitetin müəllimlərini daşıyan avtomobilin alışıb yanması nəticəsində dörd hərbçi yanıq xəsarətləri alıb. Onlardan biri – 57 yaşlı polkovnik Ovik Kosakyan ölüb.  

Unkal.org xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Eçmiədzin şəhərində baş verib.

Ermənistan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə mayın 20-də saat 17:00 radələrində baş verib.

Hərbçiləri daşıyan avtomobil yoldan çıxaraq aşıb və yanmağa başlayıb. 

Yanğınsöndürənlər O.Kosakyanın yanmış meyitini maşından çıxarmalı olub.