Rusiyanın Tümen şəhərində  piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  79 yaşlı “Volkswagen Polo” avtomobilin sürücüsü Sülh küçəsində 94 yaşlı piyadanı vurub. İlkin məlumatlara görə, hadisə piyada keçidində baş verib.

Belə ki, avtomobilin altında qalan yaşlı qadın faciəvi şəkildə ölüb.

Bu barədə Tümen vilayətinin Yol Polisi İdarəsinin Təbliğat və Təşviqat Şöbəsinin müdiri Anjela Borisova bildirib.

Hadisə hər iki yaşlı şəxsin koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarına riayət etməli olduqları vaxta təsadüf edib.