Xəbər verdiyimiz kimi, 18 may 2020-ci il saat 00:00-dan etibarən  65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa aradan götürülüb.

Unikal.org bununla bağlı  şəhər mərkəzində çəkiliş edib.

Artıq 65 yaşdan yuxarı şəxslər də rahat formada gəzintiyə çıxa bilirlər. 

Qeyd edək ki, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

FOTO: Müzəffər İsmayılov