Müğənni Elmira Ələkbərzadə (Emma) İTV-də yayımlanan “Gəl, qonaq ol!” verilişinin virtual qonağı olub.

Unikal.org xəbər verir ki, efir zamanı sənətçiyə oğlu David də yoldaşlıq edib. Sənətçi mahnı ifa etmək istəyərkən oğlunun dəcəllik etməsi diqqət çəkib.

O, karantin günlərini necə keçirməsi barədə danışıb:

“Evdə qalmağın yaxşı tərəfi var. Oğlum Davidlə bir-birimizi çox yaxşı tanıdıq. Sosial şəbəkələrdə çox gülməli statuslar yazırdılar. Deyirdilər ki, bizi koronavirus yox, uşaqlar öldürəcək. Xanımlar yazırlar ki, karantində 10-15 kiloqram kökəliblər. Hansı ki, 3-4 uşaqları var. Mən bir uşaqla karantində 7 kiloqram arıqladım, siz necə kökəldiniz?”.

Aparıcı Saleh Bağırov sonda Emmadan yeni bir ifa istəsə də, onun istəyi oğluna görə reallaşa bilməyib.(axşam.az)