“Qarabağ” klubunun idari, futbolçu, məşqçi və personal heyətindən koronavirus testinin götürülməsi ilə bağlı xəbər vermişdik.

Unikal.org xəbər verir ki, bütün testlərin nəticəsi mənfi çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ”ın bazasında mütəmadi olaraq dezinfeksiya işləri aparılır və gigiyena qaydalarına tam riayət olunur.