Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, təbrikin mətni XİN-in “Twitter” səhifəsində yayılıb:

“Bu gün Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Milli Mübarizə hərəkatı üçün Samsuna yürüşünün 101-ci ildönümüdür. Sağlamlıq və hüzur dolu ildönümləri diləyi ilə, 19 Mayıs Atatürk’ü Anma, Gençlik ve Spor Bayramın kutlu olsun, kardeş Türkiye”, - təbrikdə qeyd olunub.