Məscidlərdə kütləvi şəkildə ritualların keçirilməsi hələlik qadağandır.

Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, növbəti həftədə hansı qərarın olacağı bilinmir. Bu, sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.