Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Maks Kruzeylə yollarını ayıracaq.

Unikal.org xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb. “Fənərbaxça” alman yarımmüdafiəçini 5 milyon avro qarşılığında satmaq niyyətindədir.

2019-cu ilin yayında “Fənərbaxça”ya keçən Kruzenin müqaviləsi 2022-ci ilin iyuluna kimidir. 32 yaşlı futbolçuyla “Volfsburq” yaxından maraqlanır.