“Azəbaycanda bəzi müxalifət qüvvələri beynəlxalq təşkilatların qrantı ilə fəaliyyət göstərir. Maddi təminatlarını da əsasən o mənbədən götürürlər. Bu səbəbdən də həmin təşkilatların istənilən tələblərini icra edirlər”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib. O deyib ki, Milli Şura da bu cür beynəlxalq təşkilatlardan maliyyələşdiyi üçün istənilən biabırçı tələbə uyğun siyasət aparırılar:

“Qrant verən beynəlxalq təşkilatların özlərinin şərtləri var. Onların etnik, cinsi məsələlərlə bağlı normativləri mövcuddur. Hesab edirlər ki, bu cür məsələləri qabartmaqla Azərbaycanın milli-mənəvi dəyərərini gözdən salmaq olar. Gördünüz ki, Milli Şura Bakıda feministlərin tərbiyəsiz şüarlarla keçirilən aksiyasına dəstək verdi. Odur ki, Milli Şuranın fəaliyyətində qrantdan asılılıq məqamlarını görürəm. Milli Şuranın cinsi azlıqlara münasibəti sponsorlarının tapşırığıdır. Onlar başqa cür davrana bilməz”.

Partiya sədri məlum qalmaqaldan sonra Milli Şuradakı istefalar barədə də fikirlərini bildirib: “İstefalar da həmin videokonfransda səslənən fikirlər və sonrakı mövqelərlə bağlıdır. Milli Şuradakı bəzi adamlar cinsi azlıqlarla bağlı mövqeyi, LGTB-dən üzr istənilməsini doğru saymadılar. Görünən odur ki, Milli Şurada çoxluq qeyd etdiyim məsələləri dəstəkləyirlər. Sponsorlar cinsi azlıqların dəstəkçisi olmağı tələb edir, bunlar da həyata keçirir. Kim buna qarşıdırsa, Milli Şuradan kənalaşır”.

Murad İbrahimli