Məşhur Hollivud aktyoru Fred Uillard 81 yaşında Los-Ancelesdə vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə “Hollivud Reporter” məlumat verib. Aktyorun agenti Maykl Ayzenştadt onun təbii səbəblərdən öldüyünü deyib.

“O, sakit şəkildə öldü. O, hərəkət etməyə, işləməyə və sona qədər bizi xoşbəxt etməyə davam etdi. Onu çox sevirdik. Hər zaman onun üçün darıxacağıq”, - aktyorun qızı bildirib.

Qeyd edək ki, Fred Uillard 4 dəfə “Emmi” mükafatına sahib olmuşdu. “Dostlar”, “Ulduz qapıları”, “Amerika piroqu” kimi məşhur serial və filmlərdə çəkilmişdi.