Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

Unikal.org-un məlumatına görə, bu günə kimi Fonda 113 727 551 manat vəsait köçürülüb.

İanə köçürən şəxslər arasında 3336 hüquqi, 11 678 fiziki şəxs var.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.