Türkiyəli məşhur müğənni Sezen Aksu, satın aldığı  “İstiqlal Marşı”nın müəllifi Mehmet Akif Ərsoya aid  evi gözəllik salonuna çevirib. 

Unikal.org xəbər verir ki, 2011-ci ildə 350 min TL qiymətində aldığı evi təmir edən sənətçi, evdə bir  gözəllik mərkəzi açacağını bildirib. 

Bildirək ki, Mehmet Akif Ərsoy Bəylərbəyi ərazisində iki evdə qalıb. 1908-ci ildən əvvəl yaşadığı və hazırda Sezen Aksuya məxsus evdə təxminən bir il yaşadığı deyilir.