Ötən gün “Kanal D Main News” dakı vəzifəsindən ayrılan Buket Aydın, “yeni bir həyata başlayacağam” deyərək 7 illik  həyat yoldaşı Erce Baykaldan da boşanıb. 

Unikal.org xəbər verir ki, “Kanal D”də əsas xəbər aparıcısı olaraq  16 illik vəzifəsindən istefa verən Buket Aydın, bu gün Ailə Məhkəməsində keçirilən məhkəmənin sonunda həyat yoldaşı Erce Baykaldan boşanıb.  

Belə ki, işindən və həyat yoldaşından ayrılan məşhur aparıcı Buket Aydın “yeni bir həyat”a başlayacağı ilə bağlı siqnallar verib. 

İstefa ərizəsində Aydın, “16 ildir sizə məlumat vermək vəzifəmi yerinə yetirmək üçün çox sədaqətlə çalışıram. Bu yanaşmanın təzahürü olaraq son 2 ildə Demirören Media Qrupunda yaşadığım yorğunluq məni və ailəmi tükətdi. Yenilənmiş enerji ilə yeni bir yola başlamağım üçün üzərimə götürdüyüm vəzifələrdən istefa edirəm” deyə bildirib.