Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin mübarizə aparacağı kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi məlum olub.

Unikal.org xəbər verir ki, koronavirus səbəbiylə təxirə salınan turnir 2021-ci ilin 28 iyun-3 iyul aralığında keçiriləcək. Bu barədə Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisi turnirdə B qrupunda Ermənistan, İrlandiya və Andorra ilə mübarizə aparacaq.