"Qarabağ"ın futbolçusu Abdullah Zubir karyerasını Yunanıstanda davam etdirə bilər. 

Unikal.org "Newspao" nəşrinə istnadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Panatinaikos"a təklif olunub. 

Klubun hazırda bu təklifi nəzərdən keçirdiyi bildirilib. Mərakeş əsilli fransalı oyunçunun daha yaxşı müqavilə ilə daha böyük çempionata keçməyə hazır olduğu da vurğulanıb. 

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayında Fransanın "Lens" komandasından "Qarabağ"a keçib. Onun Ağdam təmsilçisi ilə sözləşməsi mövsümün sonunda başa çatır.