“Vitoriya” (Gimaraynş) klubunda üç futbolçuda koronavirus infeksiyası aşkarlanıb.

Unikal.org xəbər verir ki,  klubun bütün işçiləri, futbolçu və məşqçi heyətindən koronavirus testi götürülüb. Futbolçulardan üçünün testi müsbət nəticə verib. Onların adı açıqlanmır.

Hər üç futbolçu evlərində karantinə alınıblar, vəziyyətlərinin yaxşı olduğu bildirilir.