Bərdədə qadının çantasından pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini olan bir qadının çantasından 5100 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş D. Əzizov saxlanılıb.

Araşdırma aparılır.