Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Telnov küçəsində qeydə alınıb.

43 yaşlı Vüsalə Fətəliyeva yaşadığı evdə əri ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.