Bakıda oğurluğa görə tutulan şəxsdə narkotik tapılıb.

Unikal.org xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Rayon ərazisində yerləşən evlərdən birindən 1600 manat dəyərində  kombi aparatı oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü R. Abdullayev saxlanılıb. 

Axtarış zamanı ondan 0,229 qram heroin aşkar edilərək götürülüb.