"Ən son 548 nəfər Samur gömrük-keçid məntəqəsindən ölkəmizə daxil olub. Onlar müxtəlif karantin otellərində yerləşdirilib və tibb işçilərimiz onlara xidmət edir. Onlar arasında kifayət qədər yoluxma faktı aşkarlanıb."

Unikal.org-un məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində deyib. 

O qeyd edib ki, həmin şəxslər üzərində növbəti günlərdə də müayinələr aparılacaq.

TƏBİB sədri bildirib ki, xaricdən gələn vətəndaşlarımız karantin şəraitində saxlanıldıqdan sonra evə buraxıla bilərlər.

Murad İbrahimli