"60-69 yaş aralığında koronavirusdan ölüm halları daha çox təşkil edir"

Unikal.org-un məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində deyib. 

O qeyd edib ki, həmçinin 40-49 yaş aralığında da koronavirusdan ölən bir şəxs var. O, 10 il müddətinə davam edən qaraciyər serrozundan əziyyət çəkib.

"Yuxarı yaş qrupuna aid olan şəxslər xüsusi risk qrupuna aiddirlər. Biz sosial məsuliyyət hissi ilə yaşlıları, böyüklərimizi xüsusi ilə qorumalıyıq" deyə Ramin Bayramlı əlavə edib.

Murad İbrahimli