Bu saata qədər 3 413 nəfər yükdaşıma ilə məşğul olan fiziki şəxslə bağlı məlumatlar "icaze.e-gov.az" portalına yerəşdirilib.

Unikal.org-un məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, həmin şəxslər ölkə daxilində öz fəaliyyətlərini sərbəst şəkildə icra edə bilərlər:

“Əlavə olaraq 1 196 nəfər taksi sürücü ilə bağlı məlumatlar "icaze.e-gov.az" portalına yerəşdirilib”.

N.Allahyarova qeyd edib ki, bəzi sürücülər bu icazədən sui-istifadə də edirlər:

“Onlara bildirmək istəyirəm ki, bu icazə sizə ona görə verilir ki, fəaliyyətinizi rahat şəkildə həyata keçirə biləsiniz. İcazə sizin şəxsi işləriniz üçün verilmir”.