Hazırkı dövrədək ölkəmizdə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.