Zaqatalada karantin rejimini pozan 5 nəfər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a  verilən məlumata görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.

Belə ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman verilmiş icazələrdən sui-istifadə edən, SMS icazə sisteminə gün ərzində bir neçə dəfə ayrı-ayrı kodlarla sms göndərən, eləcə də icazə üçün müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, küçədə hərəkətinə davam edən şəxsləri müəyyən ediblər.

Qaydaları pozduqları üçün həmin rayon sakinləri - Tural Məmmədov, Çingiz Həsənov, Ramin Sultanov, Nəcəf Süleymanov və Tərlan Ramazanov barəsində İnibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.