Təcili yardım birqadasının getdiyi çağırışda 3 gün əvvəl dünyaya uşaq gətirən anada və onun körpəsində koronavirusun olduğu müəyyən edilib.

Unikal.org xəbər verir ki, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Baş həkimin sözlərinə görə, hazırda həmin ana və uşaq müalicə alır.

Rauf Nağıyev bildirib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadi zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər.

Xezerxeber.az mövzu ilə bağlı ətraflı videomaterial hazırlayıb: