Türkiyədə daha 73 nəfər  yenı növ koronovirusdan (COVID-19)  ölüb.
 

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində məlumat paylaşıb.

Nazir bildirib ki, son 24 saatda 20065 şübhəli koronavirus testindən keçib, onlardan  3135 nəfərinin cavabı pozitiv çıxıb:

"Türkiyədə indiyə qədər 181445 nəfər testdən keçib. 27069 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1381 nəfərinin vəziyyəti ağırdır. Koronavirusdan indiyədək 574 nəfər ölüb".