Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar, “Azərlotereya” ASC 04 aprel 2020-ci il tarixindən etibarən tirajlı lotereya oyunlarını müvəqqəti olaraq dayandırır.
    
Unikal.org xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, qərar xüsusi karantin rejimi bitənədək qüvəddədir.