İtkin düşən Göyçay sakinindən məlumat var.

Unikal.org  xəbər verir ki, Göyçay rayon sakini, 46 yaşlı Tərlan İsgəndərov fevralın 3-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Ailə üzvləri bu barədə Göyçay rayon Polis Şöbəsinə müraciət ediblər. T.İsgəndərov itkin kimi qeydiyyata alınaraq barəsində axtarış elan olunub.

Polis əməkdaşları onu Bakıda tapıblar.

Faktla bağlı araşdırma aparılır.