Estoniya işğal altında olan Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır.

Unikal.org xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "Twitter" səhifəsində məlumat paylaşılıb.
"Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri qanuni hesab etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edirik", - deyə Xİn bəyan edib.