Rusiya Federal Tibbi-Biologiya Federal Agentliyi (FMBA) koronavirusu müalicə edə biləcək yeni dərman hazırladığını rəsmən elan edib.

Unikal.org xəbər verir ki, agentlik qızdırmaya qarşı istifadə edilən “Meflokin” dərmanını təqdim edib.

“FMBA-ya məxsus ”Farmzashchita” araşdırma və istehsal mərkəzi Çin və Fransanın təcrübələri əsasında qızdırmaya qarşı istifadə edilən “Meflokin” dərmanının bazasında koronavirus infeksiyasının müalicə sistemini yaradıb”, - açıqlamada qeyd olunub.