ABŞ polisi narkotik ticarəti və terrorizmdə ittiham olunaraq axtarışa verilən təqaüddə olan Venesuela Silahlı Qüvvələrinin general-mayoru Kliver Antonio Alkal Kordonesi Kolumbiyada saxlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, liman şəhəri olan Barankillada yaşayan Kordones polisə müqavimət göstərməyib. O könüllü olaraq təslim olub, məhkəməyə müraciət edərək ABŞ-a ekstradisiyasıni istəyib və istintaqla əməkdaşlıq etməyə razılıq verib.

Təqaüdçü generalla bir dəstədə olan digər amerikalılar da cümə günü Barankilldan ABŞ-a uçacaqlar.