Koronavirüs epidemiyası dünyada yayılarkən bu xəstəliyə tutulan əhəmiyyətli adlardan sonuncusu da İngiltərə Baş naziri Boris Conson oldu.

Unikal.org xəbər verir ki, Boris Conson koronavirüs test nəticəsi pozitiv çıxdı.

Connson açıqlamasında deyib: "Testinin müsbət çıxdı, özümü karantinə aldım. Virusla döyüşüb telekonferansla ölkəni idarə edəcəyəm".

Qeyd edək ki, İngiltərədə bu günə qədər 11 658 nəfər koronavirus epidemiyasına tutulub.  Xəstəlik üzündən həyatını itirənlərin sayı 578 nəfərdir.