“Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında” qanuna dəyişiklik edilir.

Unikal.org xəbər verir ki, qanuna yeni 1.4-cü bənd əlavə olunur.

Yeni bəndə əsasən Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi haqqında” qanunu ilə müəyyən ediləcək.