“Hazırda digər ölkələrlə müqayisədə Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət yaxşıdır”.

Unikal.org xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Operativ Qərargahın iclasında bildirib. O deyib ki, vətəndaşlar bütün karantin qaydalarına əməl etməlidirlər: 

“Bütün rayon və şəhər icra hakimiyyətlərinin rəhbərinə cənab Prezidentin bir nömrəli tapşırığını çatdırmaq istəyirəm. Karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən asılı olmayaraq, heç bir imtiyaza baxılmadan bu qərarlar icra olunmalıdır. Bununla bağlı qanunverciliyin şərtlərinə uyğun olaraq, dövlət tərəfindən bütün tədbirlər görüləcək”.