İraqın şimalında 2 türk əsgəri həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Haftanin rayonunda qeydə alınıb. PKK terrorçularının açdığı atəş nəticəsində habelə daha 2 türk əsgəri yaralanıb.  

Nazirlik bildirib ki, düşmənin obyektlərinə cavab atəşi açılıb, hədəflər məhv edilib və ölən hərbçilərin qisası alınıb.