Çinin Uhan şəhərində meydana gələn və sürətlə dünyaya yayılan yeni növ koronavirusa (Covid-19) yoluxanların sayı artmaqdadır.

Unikal.org xəbər verir ki, minlərlə insanın ölümünə səbəb olan virusun Avropada ən geniş şəkildə yayıldığı ölkə İtaliyadır. Ölkənin məşhur futbol şərhçisi Diletta Leotta koronavirusla bağlı açıqlama verib.

Digər bütün vətəndaşlar kimi özünü evində karantinə alan məşhur şərhçi qorxduğunu vurğulayaraq "Hal-hazırda edə biləcəyimiz tək şey öz sağlamlığımızı düşünməkdir. Meydandaki futbolçular kimi bizim də həyatda rollarımız var və bu virusa qarşı komanda şəklində hərəkət etməliyik" sözlərini deyib.

Evdə gün ərzində yemək bişirdiyini və idman etdiyini bildirən Diletta Leotta özündə koronavirusun heç bir simptomunun olmadığını açıqlayıb.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 69 176 nəfərə çatıb. Ölənlərin sayı isə 7 minə yaxınlaşır.