Fransa Qvianasındakı Kuru kosmik mərkəzində işçilərin ehtiyacları üçün saxlanılan 40 min tibbi maska oğurlanıb.

Unikal.org xəbər verir ki, oğurluq barədə məlumatı Fransanın dənizaşırı departamentinin inzibati mərkəzi olan Kayennanın prokurorluğu da təsdiqləyib. Hazırda cinayət işi Kuru polisi tərəfindən araşdırılır.

Fransa KİV-nin məlumatına görə, Fransa Qvianasında 27 nəfər koronavirusa yoluxub. Fransada isə toplamda 22 304 yoluxma hadisəsi təsdiqlənib, 1100 nəfər virusdan ölüb.