Salyan rayonunun Dayıkənd kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, 4 otaqlı, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.