Bakıda qadın 21-ci mərtəbədən yıxılaraq ölüb.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən paytaxtın Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 21-də qeydə alınıb. 

Belə ki, sözügedən ünvanda yaşayan 1991-ci il təvəllüdlü G.Məmmədova pəncərənin şüşəsini təmizləyən zaman yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.