Çinin Vuhan şəhərində meydana gələn və bütün dünyaya yayılan “Covid-19”dan ən çox təsirlənən ölkələrdən biri olan İranda virusdan ölənlərin sayı artmaqda davam edir.

Unikal.org məlumat verir ki,  25000-dən çox yoluxmanın baş verdiyi İran dünyanın ən böyük ticarət mərkəzi olan “İran Mall”ı koronavirus xəstəxanasına çevirib. 

Qeyd edək ki, paytaxt Tehranda yerləşən dünyada ən böyük ticarət mərkəzi olaraq bilinən “İran Mall” bu gündən etibarən fövqəladə halla bağlı olaraq xəstəxana kimi fəaliyyət göstərəcək.