Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” televiziya kanalında yayımlanan “Dərs vaxtı” proqramının 25 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da fiziki tərbiyə, 10:10-da IX sinif – Azərbaycan dili, Biologiya, Kimya, Riyaziyyat; 10:50-də VIII sinif – Azərbaycan tarixi, Fizika, İngilis dili, Coğrafiya; 11:20-də VII sinif – Azərbaycan dili, Biologiya, Kimya, Riyaziyyat; 11:55-də – Məktəbəhazırlıq; 12:05-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:40-da IV sinif – Azərbaycan dili, Riyaziyyat; 12:55-də V sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili Təsviri incəsənət dərsləri olacaq.

Rus bölməsi üçün – 14:00-da – Məktəbəhazırlıq; 14:06-da V sinif – Rus dili, Riyaziyyat; 14:30-da VI sinif – Riyaziyyat, Coğrafiya; 14:50-də VII sinif – Rus dili, Fizika, Kimya; 15:20-də VIII sinif – Coğrafiya, Fizika, Biologiya dərsləri olacaq.