“France Football” nəşri dünyanın ən çox qazanan futbolçu və məşqçilərinin adlarını açıqlayıb.

Unikal.org xəbər verir ki, dünyada ən çox qazanan futbolçu “Barselona”nın kapitanı Lionel Messidir. Argentinalı hücumçunun gəliri 131 milyon avrodur. İkinci sırada 118 milyonla Kriştiano Ronaldo (“Yuventus”), 3-cü isə 95 milyonla Neymardır (PSJ).

“France Football” nəşrinə görə illik ən çox qazanan baş məşqçi Dieqo Simeonedir. “Atletiko”nu çalışdıran argentinalı mütəxəssisin gəliri 40,5 milyon avrodur. İkinci “İnter”in çalışdırıcısı Antonio Kontedir. İtalyan baş məşqçi illik 30 milyon avor qazanır. Üçüncü sırada isə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yer alıb. İspan çalışdırıcının gəliri 27 milyon avrodur.