İtaliyadan sonra Avropada koronavirusdan daha çox əziyyət çəkən İspaniyadan dəhşətli xəbərlər gəlməkdə davam edir. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mətbuata açıqlama verən İspaniyanın Müdafiə naziri Margarita Robles “Əsgərlər kömək üçün küçələrə çıxdılar. Bəzi evlərdə, yaşlıları çarpayılarında ölü tapırlar” deyə kritik məlumatı bölüşüb.Yaşlıları evlərində ölü tapdılar 

Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların sayı 35 min 136, həyatını itirənlərin sayı isə 2311-ə çatıb.