Türkiyənin TV8 knalında yayımlanan “Survivor 2020” yarışmasının iştirakçılarına dünyada və Türkiyədə baş verən koronavirus haqqında məlumat veriblər. 

Unikal.org məlumat verir ki, məşhur teleaparıcı, TV8 kanalın rəhbəri  Acun Ilıcalı başçılığı ilə Dominikan adasında fəaliyyət göstərən televiziya yarışmasının iştirakçılarına son aylarda baş verən hadislərdən  bəhs edilib. 

Belə ki, iki qrupdan “Məşhurlar” və “Könüllülər” ibarət olan yarışma iştirakçılarına koronavirusun hər an can aldığını, Türkiyədə bu səbəbdən 30 nəfər həyatını itirdiyini bildiriblər. Hadisənin şokundan yarışma iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər. 

.