Cəlilabad Rayon Polus Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Alar kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsirovun idarə etdiyi KİA markalı avtomobil saxlanılıb.

DİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avtomobilə baxış zamanı oradan 970 qram heroin və 570 qram metamfetamin aşkar edilərək götürülüb.