İngiltərənin paytaxtı Londonda yaşayan 91 yaşlı Kahramanmaraşlı İbrahim Özalp koronavirusa qalib gəlib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 10 gün əvvəl koronavirusa yoluxduğu məlum olan yaşlı kişinin güclü immuniteti sayəsində sağaldığı bildirilib. 

Qeyd edək ki, İngiltərədə koronavirusa yoluxanların ümumi sayı 6500-ə, ölənlərin sayı isə 335-ə çatıb.