Biləsuvar rayonunda yol qəzası baş verib.

Unikal.org "report"-a istinadən xəbər verir ki, hadisə Bəydili kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. O, xəstəxanaya  çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.