Bakıda işləyən və rayon qeydiyyatında olan şəxslərlə bağlı polis əməkdaşları yerində qərar verəcəklər.

Unikal.org-un verdiyi xəbərə görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, bunun kimi çoxlu situativ məsələlər var: “Onların hər birini qanunda qeyd etmək mümkün deyil. Bu məsələlərə qanunun icrası zamanı qərar veriləcək. Əmin olun ki, vətəndaşların xeyrinə olan qərar veriləcək”.