ABŞ-da yeni növ koronavirusdan dünyasını dəyişənlərin sayı yenidən artıb.

Unikal.org xəbər verir ki, bu rəqəmlər Cons Hopkins universitetinin məlumatlarında yer alıb.

Universitetin federal hakimiyyətdən və ştatların rəsmi nümayəndələrindən aldığı məlumatlara əsasən ölkədə 35 225 yoluxma halı qeydə alınıb, 473 nəfər isə ölüb.

Ən çox ölüm halı Nyu-Yorkda qeydə alınıb. Belə ki, Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 98-ə çatıb.